Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Dünən Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota Prado" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. Ölən şəxs Gədəbəy rayon sakini 1970-ci il təvəllüdlü Haqverdiyev Bəylər Fərman oğludur. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə