Əfqanıstanın qərbindəki hava hücumu zamanı 9 dinc sakin həlak olub. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, daha 20 nəfər yaralanıb. Hadisə Fərəh əyalətinin Bala Buluk ətrafında baş verib. Həlak olanlar əsasən uşaqlardır, arasında qadınların da olduğu yaralıların çoxunun vəziyyəti ağırdır. Hava zərbəsinin hansı qüvvə tərəfindən törədildiyi açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB