Şəmkirdə sürücü boğularaq ölüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Seyfəli kəndində baş verib. Belə ki, Fəxrəddin Abbasovun idarə etdiyi "VAZ 21011" markalı avtomobili kanala aşıb və nəticədə həyatını itirib.
Sürücünün cəsədi çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB