Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhəmməd Hacıyevin Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evə baxış zamanı oradan küllü miqdarda narkotik vasitələr aşkarlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, əvvəllər məhkum olunmuş Bakı şəhər sakininin evindən 10 kiloqram 87,180 qram marixuana və 4 kiloqram 180,610 qram tiryək aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB