Yanacaqdoldurma məntəqəsinə silahlı basqın Operator xəsarət aldı

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın Operator xəsarət aldı

Tovuz rayonunda sürücü yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, fevralın 28-də Tovuz rayonunun Qovlar şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinə gələn şəhər sakini Elşad Hüseynov "Mercedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə