Goranboyda maşın ağaca çırpılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Goranboyun Quşçular kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Mercedes" markalı avtomobil idarə etməni itirib və qəza törədib. Hadisə zamanı avtomobildə olan 32 yaşlı Elmira Tağıyeva, 21 yaşlı Əfsanə İbrahimova, İlahə Mustafayeva və 2 yaşlı qızı xəsarət alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.
Qeyd edək ki, onların vəziyyətləri normaldır, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB