Xanım diplomat oğurluq edərkən saxlanılıb

Xanım diplomat oğurluq edərkən saxlanılıb

Bolqarıstanın ABŞ-dakı keçmiş səfiri Yelena Poptodorova Varşava aeroportunda kosmetika oğurladığı üçün saxlanılıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, sabiq səfir kosmetikanı "Duty free" mağazasından oğurlayıb. Kosmetikanın qiyməti 1600 zlot(təxminən 400 dollar) dəyərindədir. Diplomatik pasport malik Poptodorova Bolqarıstan səfirliyi ilə əlaqə saxlamaqdan imtina edib.

Qeyd edək ki, xanım diplomat və siyasətçi ölkəsinin Avropa İttifaqına qoşulmasını fəal dəstəkləyib. O, 2010- 2016-cı illərdə ABŞ-da səfir vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə