Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Dünən axşam saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, C.Məmmədquluzadə-Bakıxanov kəsişməsində "BMV" markalı minik avtomobili idarəetməni itirərək reklam şitinə çırpılıb.

Həmin ərazidə qəza səbəbindən tıxac müşahidə olunub. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının iştirakı ilə avtomobilin ərazidən uzaqlaşdırılması istiqamətində tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə