Sumqayıtda ölümlə nəticələnən qəza baş verib

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 27-də saat 01 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Emil Rzayev idarə etdiyi "BMW" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə