Dünən Lerikdə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında yerləşdirilən xəbərə görə, Lerik rayonunda vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində olan mətbəxin və kotecin yanar konstruksiyaları 126 m2 sahədə və ərazidə 200 m2 sahədə kol-kos yanıb. Yaxınlıqdakı digər koteclər yanğından mühafizə olunub. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB