Tovuzda yanğın olub

Tovuzda yanğın qeydə alınıb. FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Tdünən ovuz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə