Bakı şəhər sakini Cəmilə Musayeva və Xaçmaz şəhər sakini Etibar Cavadov oğurluq etməkdə şübhəli bilindiklərinə görə saxlanılıblar. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Xaçmaz RPŞ əməkdaşları tərəfindən Bakı şəhər sakini Cəmilə Musayeva və Xaçmaz şəhər sakini Etibar Cavadov oğurluq etməkdə şübhəli bilindiklərinə görə saxlanılaraq RPŞ-yə gətiriliblər. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların fevralın 6-na keçən gecə Xaçmaz şəhərindəki evlərdən birindən 2 ədəd xalça və digər əşyalar oğurlamaları müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB