Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, hadisə qəsəbənin 11-ci Mədən deyilən ərazisində baş verib. 1994-cü il təvəllüdlü Rüstəmli Fuad hamam otağında dəm qazından zəhərlənib.
Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən, yolda keçinib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB