Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan tikilidə məişət qaz balonundan qaz sızması nəticəsində partlayışla nəticələnən yanğın hadisəsi baş verib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Hadisə zamanı 15 m² olan mətbəx və hamam otağının yanar konstruksiyaları yanıb. Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıblar. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB