Avtomobil qaçırmış Bərdə rayon sakini Nicat Məmmədzadə qəza nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 20-də saat 13 radələrində Bərdə şəhərində şəhər sakini Fəxrəddin İbrahimovun "VAZ-21074" markalı avtomobili qaçırılıb.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili rayon sakini Nicat Məmmədzadənin qaçırması, idarə edərkən onu ağaca vurması və nəticədə aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB