Zaqatalada 2 otaqlı ev yandı: 82 yaşlı kişi öldü

Zaqatalada 2 otaqlı ev yandı: 82 yaşlı kişi öldü

Dünən Zaqatalada ikiotaqlı evdə yanğın baş verib. Axar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları və taxtadan ibarət arakəsmə 5 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1934-cü il təvəllüdlü Musa Rəsul oğlu Musayevin cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə