Xaçmazda  2 otaqlı ev yanıb

Xaçmaz rayonunda yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 28 m2 olan 2 otaqdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​​

Bütün xəbərlər Facebook səhifəmizdə