Türkiyənin İğdır vilayətində ağır yol qəzası baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İğdır-Aralık avtomobil yolunda iki avtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu İğdır vilayətində baş vermiş ağır yol qəzasında ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB