Dünən Argentinada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qəza Mendosa əyalətində qeydə alınıb. Çilinin "TurBus" şirkətinə məxsus avtobusda 32 Argentina, 4 Çili, 1 Kolumbiya və 1 Haiti vətəndaşı olub. Sərnişinlərdən üçünün azyaşlı uşaq olduğu bildirilir. Məlumata görə, 16 nəfər aldığı xəsarətlərdən hadisə yerində, üçü isə xəstəxanada keçinib. Qəzanın səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB