4000 ədəd siqaret aşkar olundu

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına idxal sərnişin xətti ilə gələn Azərbaycan vətəndaşının əl çantalarına baxış zamanı həmin çantalarda gömrük nəzarətindən gizlədilən 4000 ədəd "Parliament" adlı siqaret aşkar olunub. SİA-nın verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə