Kamranı Gəncədə maşın vurdu

Gəncə şəhərində yol qəzası baş verib. "ASAN" xidmətə gedərkən yolu keçmək istəyən Kamran Məmmədzadəni "Fort Tranzit" markalı yük maşını vurub. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, gənc dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, onun vəziyyəti orta ağırdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə