Bakı şəhər sakini İslam Hüseynovun bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Göyçay rayon sakini İbrahim Sadıqov tutulub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 15-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini 33 yaşlı İslam Hüseynovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, 22 yaşlı İbrahim Sadıqov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB