Gəncədə güclü yanğın baş verib

Gəncədə güclü yanğın baş verib

Gəncə şəhərində yanğın hadisəsi baş verib. Mehman Həsənova məxsus ümumu sahəsi 35 kv/metr olan taxta sexinin dam örtüyü, içərisində xeyli taxta və dəzgah yararsız vəziyyətə düşüb. Gəncə şəhər Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, alov qonşuluqda olan Namiq Məmmədova məxsus yaşayış evinə də keçib.

Evin otağı, mətbəxi yararsız vəziyyətə düşüb. Bundan əlavə alov digər iaşə obyektlərinə də keçib. Sakinlərə xeyli maddi ziyan dəyib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə