Samuxda maşın piyadanı vurdu

Samux rayonunda yol qəzası baş verib. "VAZ 21 07" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Nəticədə piyada Nizami Hacıyev müxtəlif növ bədən xəsarətləri alıb. Onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə