Dönərxanada partlayış baş verib

Dönərxanada partlayış baş verib

Gəncə şəhərində yerləşən dönərxanaların birində partlayış baş verib. Dönər hazırlamaq üçün istifadə edilən qurğuda sızma olub. Gəncə şəhər Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yanğının söndürülməsinə 3 maşın cəlb edilib. Dönərxanada olan Azər Qarayev müxtəlif növ bədən xəsarətləri alıb. İçəridə olan digər vətəndaşlar isə təxliyə edilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə