Goranboy rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dünən rayonun Qaramusalı kəndində baş verib. Ümumi sahəsi 186 m2 olan birmərtəbəli 10 otaqdan ibarət binanın mətbəxində tavanın yanar konstruksiyaları 12 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB