Hacıqabulda yol qəzası baş verib

Hacıqabulda yol qəzası baş verib

Hacıqabulda baş verən yol qəzasında sürücü və iki qardaşı xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dünən axşam saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının 115-ci kilometrliyinin Hacıqabul şəhəri ərazisindən keçən hissəsində avtoqəza baş verib.

Bakı sakini, 1990-cı il təvəllüdlü Əsgərov Vaqif Şahin oğlunun idarə etdiyi "Mercedes" markalı 99 BG 458 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək dəmir səddə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Bakı sakinləri, 1982-ci il təvəllüdlü Əsgərov Habil Şahin oğlu və onun qardaşı 1979-cu il təvəllüdlü Əsgərov Zabil Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə