Biləsuvarda başına dəmir düşən fəhlə öldü

Biləsuvarda başına dəmir düşən fəhlə öldü

Biləsuvarda bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dünən günorta saatlarında şəhərdə taxta-şalban sexində qeydə alınıb. Həmin sexdə gənc fəhlənin başına dəmir düşüb. Aldığı travmadan beyninə qan sızan yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə