Poçt binasında yanğın
Bu gün Masallı rayonu, Masallı qəsəbəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus ümumi sahəsi 300 m2 olan poçt binasının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə