Goranboyda yanğın olub

Goranboy rayonun Balakürd kəndində yanğın hadisəsi baş verib. Ümumi sahəsi 78 kv/m sahəsi olan yardımçı tikilinin tavan hissəsi yanıb. Rayon Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə zamanı xəsarət alan yoxdur.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə