Goranboy və Sumqayıtda yanğın olub

Goranboy və Sumqayıtda yanğın olub

Goranboy rayonunda yanğın hadisəsi baş verib. FHN-in saytının verdiyi məlumata görə, rayonun Balakürd kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 78 m2 olan yardımçı tikilinin tavan hissəsi 30 m2 sahədə yanıb. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində də yanğın hadisəsi baş verib. Şəhər ərazisində taxtadan ibarət köşk, 4 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə