60 yaşlı Lənkəran sakini intihar edib

60 yaşlı Lənkəran sakini intihar edib

Dünən Lənkəran sakini intihar edib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb. Kənd sakini, 60 yaşlı Mələk Qənbər qızı Cəfərovanın meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə yaxınları tərəfindən aşkarlanıb. Faktla bağlı Lənkəran prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə