Sabirabad rayon sakini Paşa Cəbrayılov Göyçay rayon sakini Zülfiyyə Rəhimovanı qətlə yetirdiyini etiraf edərək, polisə könüllü gələrək təslim olub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib. Sabirabad RPŞ əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətməsini etiraf edib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB