Yük maşını 3 nəfəri vurdu

Masallıda yol-nəqliyyat hadisəsi baş verib. İstiPressin cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Qızılavar kəndində baş verib. "Ford" markalı yük maşını yoldan keçən 3 piyadanı vurub sonra elektrik dirəyinə çırpılıb. Vurulan piyadaların hər üçü Masallı rayon Ərkivan qəsəbəsi sakinləridir. Onlar 1979-cu il təvəllüdlü Bədəlov Rüfət Həmdulla oğlu, 36 yaşlı Həsənov Yusif Eldar oğlu və 1984 -cü ildə anadan olan İbrahimov Tohid Tofiq oğludur. Yaralılardan Rüfət Bədəlovun vəziyyəti ağır kritik olaraq qiymətləndirilir. Xəsarət alanlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

Piyadalardan biri Rüfət Bədəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə