Metroda partlayış

Fransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib. "Reuters" xəbər verir ki, insident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb. Hadisə baş verən 6- cı xəttdə hərəkət tamamilə dayanıb. Partlayış nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.

Hadisə yerində olan jurnalistlərdən biri öz twitter səhifəsində partlayışım edərək yazıb ki, partlayış Place dıtalie metro stansiyasında baş verib. Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Xəsarət alanların tüstüdən zəhərlənib. Terror aktı versiyası nəzərdən keçirilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə