Yasamalda bina yanıb

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, binanın 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə