Bu gün saat 18:40 radələrində Bakının Nərimanov rayonunda qəza hadisəsi baş verib. SİA - nın verdiyi məlumata görə "BakuBus" MMC-yə məxsus "İveko" markalı sərnişin avtobusunu vuran avtomobilin sürücüsü qaçıb. Təbriz küçəsi 36 ilə hərəkət edən 99 JK 593 dövlət nömrə nişanlı"Ford" markalı avtomobil dayanacaqda dayanan "BakuBus" avtobusuna zərər yetirərək hadisə yerindən uzaqlaşıb. Qəza nəticəsində Təbriz küçəsində tıxac yaranıb. Hadisə yerinə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin müfəttişləri cəlb olunub və müvafiq müayinələr aparılıb. Sonrakı araşdırmalar zamanı avtotexniki ekspertizaların təyin ediləcəyi də istisna deyil.
Mamed Bağırov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB