Dünən Şəmkirdə döyülmə hadisəsi qeydə alınıb. Şəmkir şəhər sakini, 1955-ci il təvəllüdlü Həsənov Hidayət Müseyib oğlu sağ gözün zədəsi, kəllə beyin travması və beyin silkələnməsi xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiirlib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. H. Həsənovun dediyinə görə, o, tanışı tərəfindən toyda döyülüb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB