Bakıda avtomobil yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Ford" markalı minik avtomobili idarəetməni itirərək "ZİL" markalı yük avtomobilinə çırpılması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəza hadisəsi baş verib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nəticədə "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə