Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. SİA-nın verdiyi məlumata görə, 02.02.2017-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində torpağa basdırılmış 1 ədəd "Naqan" tipli tapança aşkar edilərək götürülmüşdür.
Fakt üzrə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə