Oğurluqda şübhəli bilinən şəxslər tutulublar

Oğurluqda şübhəli bilinən şəxslər tutulublar

Gəncə şəhəri ərazisində 2 evdən oğurluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-dən fevralın 1-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki 2 evdən 3 ədəd velosiped, 1 ədəd işıq sayğacı, 200 metr elektrik kabeli və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Ruslan Abdullayev, Xəyal Qarayev, İlkin Muradov, Azər Mehdiyev və Asif Orucov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə