Odlu silahahdan özünə atəş açıb

Odlu silahahdan özünə atəş açıb

Ağdam rayon sakini T.İsmayılov odlu silahla ehtiyatsız davrandığına görə açılan atəş nəticəsində ağır xəsarət alaraq hadisə yerində ölüb.

SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 3-də Ağdam rayonunun Xındırıstan kəndində kənd sakini, 44 yaşlı Tofiq İsmayılov kustar üsulla hazırlanmış odlu silahla ehtiyatsız davranıb, bu zaman açılan atəş nəticəsində baş nahiyəsindən ağır xəsarət alaraq hadisə yerində ölüb.

Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerindən kustar üsulla hazırlanmış tüfəng tapılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə