Ağdaşda partlayış baş verib

Ağdaş rayonunun Qarağan Sədi kəndində yaşayan Səftər Mustafayevin evində yanğına keçən partlayış baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Fevralın 1-də saat 14 radələrində Ağdaş rayonunun Qarağan Sədi kəndində yaşayan 89 yaşlı Səftər Mustafayevin evində məişətdə istifadə olunan qaz balonunun nasazlığından yanğına keçən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə