Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Firat qalxanı" əməliyyatı çərçivəsində İŞİD-in 51 yaraqlısı məhv edilib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terror qruplaşmasının 244 hədəfi vurulub. Nəticədə Əl Bab, Tadif, Bzagah bölgələrində yaraqlıların sığınacaq kimi istifadə etdiyi 83 obyekt, 10 boma yüklü avtomobil, 2 silah anbarı, top və digər silah sursatı məhv edilib.
Qeyd edək ki, "Firat qalxanı" əməliyyatı 163 gündür davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB