Dünən Gəncədə yaşayış evində yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Səfəvilər küçəsi 4-cü döngədə qeydə alınıb.
Ümumi sahəsi 204 kvadratmetr olan bir mərtəbəli evin 125 kvadratmetrlik çardağ hissəi yanıb. Əraziyə Gəncə Yanğından Mühafizə Hissəsinin 7 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun otaqlara və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB