Atası 81 yaşlı İmdadın üzərinə benzin tökərək yandıraraq ölümünə səbəb olan Maştağa qəsəbəsində yaşayan İlyas Mehdiyev könüllü olaraq təslim olub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Fevralın 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan İlyas Mehdiyev evində münaqişə zəminində atası 81 yaşlı İmdadın üzərinə benzin tökərək yandırıb. Nəticədə İmdad Mehdiyev hadisə yerində ölüb, evin yanar konstruksiyaları isə yanıb.
İ.Mehdiyev könüllü 14-cü PB-yə gələrək istintaqa təslim olub.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB