Goranboyda yaşayış evində partlayış olub

Goranboyda yaşayış evində partlayış olub

Goranboyda fərdi yaşayış evində partlayış olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçular kəndində baş verib.

Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1989-cu il təvəllüdlü Vəfa Məmmədova və onun övladları - Filiz Məmmədova və Kənan Məmmədov yanıq xəsarətləri alıblar. V. Məmmədova Gəncədəki xəstəxanaların birinə, övladları isə paytaxtdakı tibb müəssisəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə