Salyanda avtomobil qəzası, ölən var

Salyanda avtomobil qəzası, ölən var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisində "VAZ" markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalan 1990-ci il təvəllüdlü Qasımov Elvin Xalıd oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:22-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə