Quldurluq edən şəxs tutulub

Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini Vasif Qədimov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bakı şəhər sakini Rəhman Şıxıyevin idarə etdiyi "Nissan" markalı avtomobilə sərnişin qismində oturub onu bıçaqla hədələyərək 219 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vasif Qədimov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə