Narkotik satarkən tutuldu

Qubadlı rayon sakini Elsevər Sultanovdan narkotik vasitələr aşkar edilərək götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qubadlı rayon sakini Elsevər Sultanovun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı 102 qram heroin, 2,452 qram tiryək, 13,080 qram "Metamfetan" və 1 ədəd istifadəyə yararsız qaz tapançası aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə